Nəzarət-Buraxılış sistemi
Nəzarət-buraxılış sistemi
Nəzarət-buraxılış sistemi müəssisə və təşkilatlarda vəzifəli şəxslərin qəbuluna gələn vətəndaşların (ziyarətçilərin) ziyarətini asanlaşdırmaq, qəbul qaydalarını avtomatlaşdırmaq məqsədilə yaradılmışdır.
Sistem aşağıdakı alt sistemlərdən ibarətdir:
- Birdəfəlik buraxılış"
- Qəbul"
"Birdəfəlik buraxılış" alt sistemi
Müəssisələrin (təşkilatların) giriş və çıxışlarında təşkil olunmuş növbətçilik xidmətinin keyfiyyətini artırmaq, növbətçilər tərəfindən ziyarətçilərin bütün hərəkətlərini nəzarətdə saxlamaq "Birdəfəlik buraxılış" proqramı vasitəsilə avtomatlaşdırılır.
"Birdəfəlik buraxılış" alt sistemi mühafizə olunan obyektlərin təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün inzibati binalara kənar şəxslərin (ziyarətçilərin) birdəfəlik buraxılışına icazə verən sənədin sifarişini, hazırlanmasını, uçotunu və nəzarətini həyata keçirmək məqsədilə hazırlanmışdır.
"Birdəfəlik buraxılış" proqramı ilə qəbula gəlmiş vətəndaşın qeydiyyatı, qəbulun vəzifəli şəxslər tərəfindən məlumatlandırılması və təsdiqlənməsi, qəbul saatının başa çatması, vətəndaşın müəssisə və təşkilatı tərk etməsi vaxtının qeyd olunması təmin olunur. Bu proqramın köməkliyi ilə həmçinin, xidmət aparan növbətçilərin siyahısı hazırlanır və səlahiyyətli şəxs tərəfindən təsdiq edilir. Ziyarətçi qeydiyyata alınan zaman ona müvəqqəti vəsiqə açılır.
Vəsiqədə ziyarətçi barədə məlumatlar və ondan müvəqqəti götürülən əşyaların siyahısı qeyd olunur. Əgər təşkilat vətəndaşların ümumi pasport qeydiyyatı sisteminə qoşulmuşdursa, o zaman ziyarətçinin məlumatları və şəkli vəsiqəyə avtomatik daxil olunur. Əks halda, ziyarətçinin şəkli vəsiqəyə növbətçi tərəfindən kamera vasitəsilə əlavə edilir.
"Qəbul" proqramı müəssisə və təşkilatlarda vətəndaşların vəzifəli şəxslərin qəbul saatlarına qeydiyyata alınması prosedurasının təkmilləşdirilməsi məqsıdilə hazırlanmışdır.