AZ | EN | RU

CRM - Müştəri Münasibətlərinin İdarəsi

Bütün bizneslər  müştəri ilə güclü ünsiyyətin qurulması ilə başlayır.  Şirkətlər, istehsalçılar və satıcılar məhsula ehtiyac duyan, onu almağa hazır olan müştərilərlə ünsiyyət qururaraq fəaliyyət göstərir. Bütün bu ünsiyyəti nəzarətdə saxlamaq, məlumatları qeydə almaq, dəyərləndirmək mürəkkəb əməliyyatlar və böyük məlumat bazası deməkdir.  Bundan başqa şirkət və biznes  böyüdükcə əməliyyatların sayı, mürəkkəbliyi və məlumatların həcmi də artır.  Bu isə daha çox vaxt, daha çox resurs və daha çox xərc deməkdir. Həmçinin proseslərə nəzarət daha da çətin olur. CRM sistemlər bu problemləri aradan qaldırmaq üçün geniş imkanlar yaradır.  Biznes qurumuna sistem vasitəsi ilə  prosesə nəzarəti, məlumatların saxlanmasını, prosesin avtomatlaşdırılmasını və bir məkanda toplanmasını təmin edir.

CRM sistemlər əsasən aşağıdakı funksionallığa malikdir:

Əlaqə məlumatlarının idarəsi

 Sənəd dövriyyəsi

E-poçt marketinq                                   

Marketinq funksionallığı

Satış funksionallığı

 

Müştəri xidmətlər

 Hesabların inteqrasiyası 

 

 Proyekt idarəçiliyi       

 

  Mobil iş

 Biznes  hesabatlar  

 

 CRM-ə ehtiyacınız olduğunun göstəriciləri

  1. Şirkətinizdə işçilərə lazım olan məlumatları əldə etmək üçün vahid bir mərkəz olmaması.
  2. Satış komandasının fəaliyyətini izləməkdə çətinlik çəkirsiniz.
  3. Hesabat və analiz çox vaxt aparıcı və çətindir. 
  4. Lazım olan məlumatların tez-tez itməsi.
  5. Proses gedərkən siz komanda ilə ünsiyyətdə olmursunuz. 
  6. Bütün müştərilərə eyni davranırsınız.
  7. Siz biznesin böyüməsinə hazır deyilsiniz.

 

CRM-in şirkətinizə verəcəyi imkanlar

  1. Müştərini daha yaxşı başa düşmək;
  2. Müştəri ünsiyyəti ilə alıcıları daimi müştəriyə çevirmək;
  3. Yeni alıcıların cəlb olunması;
  4. Yeni müştəri və müqavilələrin qazanılması;
  5. Gəlirliliyi artırmaq;
  6. Müştəri xidmətləri xərclərini azaltmaq;
  7. Müştəri xidmətlərinin effektiv idarəsi;
  8. Qarantiyaların idarəsi;