AZ | EN | RU

İnsan resursları

Cybernet MMC  14 ildən artıq müddətdə mürəkkəb proqram məhsullarının tətbiqi və inkişafı sahəsində uğurlu fəaliyyəti nəticəsində istər ölkəmizdə və istərsə də  onun hüdudlarından kənarlarda  beynəlxalq layihələrin müəllifi olmuşdur.

Cybernetdə  karyera qurmağın üstünlükləri

Şirkətin uğurlarının açarı proqram məhsullarını hazırlayan yüksək ixtisaslı mütəxəssislər komandasının olmasıdır.  Son illər ərzindəki inkişaf,  yeni texnologiyaların tətbiqi insan faktorunun ön plana çəkilməsi, əməkdaşların işə münasibətində, iş keyfiyyətinin yüksəldilməsi nəticəsində nail olunmuşdur.

Cybernet daim özünün strateji məqsədlərinə nail olmaq üçün işçi heyətini öz gələcək uğurlarının təminatçısı olan intellektual kapitalı kimi qiymətləndirir.   Təlim və sertifikatşadırılmaya əsaslanan kadr siyasətinin nəticəsi olaraq hazırda şirkətdə çalışan 100-ə yaxın mütəxəssisin 30-dan çoxu ən mürəkkəb biznes sistemlərinin, həmçinin informasiya və kommunikasiya həllərinin hazırlanması, təkmilləşdirilməsi və dəstəklənməsi hüququ verən beynəlxalq sertifikatlara malikdir.  Şirkətin əsas kapitalı məhz bu kollektivdir.

İşə qəbul

Cybernet MMC-də mövcud vakant vəzifələrə işçilərin qəbulu müsabiqə yolu ilə aparılır. Vakant vəzifə yarandıqda ona dair elan Şirkətin internet səhifəsinin İnsan resursları bölümündə və həmçinin, digər elektron kütləvi informassiya mənbələrində dərc olunur, müsabiqə şərtləri göstərilir.

Daxil olan hər bir ərizə forması (CV) vakant vəzifəyə dair tələb olunan  meyarlar əsasında ətraflı təhlil edilir, yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər bir neçə mərhələdən ibarət müsahibələrə dəvət olunur.

Müsabiqə adətən 2  mərhələdə keçirilir:

  • Birinci mərhələdə test vasitəsilə iddiaçıların bilik səviyyələri  qiymətləndirilir;
  • İkinci mərhələdə  yüksək nəticə göstərən müsabiqə iştirakçıları şifahi müsahibəyə  dəvət olunurlar.

Müsabiqələrdə iştirak etmək istəyən namizədlərdən müvafiq sənədləri  hr@cybernet.az e-mail ünvanına təqdim etməkləri xahiş olunur.

 

 

Aktiv vakansiyalar