E-Kargüzarliq
e-Kargüzarlıq
Müəssisə və təşkilatların yüksək səviyyədə idarə olunması, onun kargüzarlıq sisteminin təşkilindən çox asılıdır. Sənədlərin vaxtında icra olunması sənəd dövriyyəsinin operativ hərəkətindən bilavasitə asılıdır. Məhz buna görə, bu sahənin avtomatlaşdırılması ən önəmli məsələlərdən biridir və bu səbəbdən e-Kargüzarlıq (Elektron Kargüzarlıq) programı yaradılmışdır.
e-Kargüzarlıq proqramı sənədlərin hazırlanmasına sərf olunan vaxtın qısaldılması, sənədləşmə işinin tərtibat keyfiyyətinin yüksəldilməsi, sənədlərin qəbulu, emalı, axtarışı, göndərilməsi, arxivləşdirilməsi, hesabat sənədlərinin dəqiq, operativ hazırlanması və sənəd dövriyyəsi işinin avtomatlaşdırılmasını təmin edir.
Proqram müəssisə, təşkilat və onların struktur bölmələrinin daxili və xarici yazışmalarda kargüzarlıq mədəniyyətinin yüksəldilməsinə, ahəngdar işinin təşkilinə, əmək məhsuldarlığının artırılmasına köməklik göstərir və vəzifəli şəxslərin səlahiyyət hüquqlarının bölüşdürməsinə imkan yaratmaqla informasiya təhlükəsizliyini təmin edir.
e-Kargüzarlıq proqramının "Onlayn" və "Oflayn" rejimlərinin mövcudluğu ondan istifadəni daha səmərəli edir.
e-Kargüzarlıq programı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat"nın, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"nın və digər müvafiq normativ-hüquqi sənədlərin tələbləri əsasında hazırlanmışdır.
e-Kargüzarlıq programının 6 başlıq altında toplanan sənəd növü var:
Daxil olan sənəd
Kargüzarlıq sisteminə digər müəssisə və təşkilatlardan daxil olan sənədlər
Xaric olan sənəd
Kargüzarlıq sistemindən digər müəssisə və təşkilatlara göndərilən sənədlər
Daxili sənəd
Müəssisə və təşkilatın öz struktur bölmələri arasında apardiği daxili yazışmalar
Əmr / Sərəncam / Qərar
Müəssisə və təşkilatın idarə edilməsini tənzimləyən əmr, sərəncam və qərar sənədləri
Protokol
Müəssisə və təşkilatda keçirilən müşavirə, iclas və digər tədbirlərin protokol sənədləri
Təsdiqlənəcək Sənəd
Müəssisə və təşkilatın planlaşdırıcı sənədləri (planlar, cədvəllər, qrafiklər, sxemlər və s.)
e-Kargüzarlıq programında sənədlərin dövriyyəsi üçün aşağıdakı əməliyyat növlərindən biri seçilir:
- İcra üçün vermə: Bu əməliyyat "Daxili" və "Daxil olan" sənədlərin icraya verilməsini təmin edir
- Baxılmaq üçün vermə: Sənədin nəzərdən keçirilməsi məqsədilə üst vəzifəli şəxsə (istifadəciyə) təqdim olunmasıdır
- Vizaya vermə: Bu əməliyyat "Daxil olan", "Xariç olan", "Daxili" və "Əmr/Sərəncam/Qərar" növlü sənədlər üçün istifadə edilir
- Məlumat üçün vermə: Bu əməliyyat bütün sənədlər üçün edilə bilər. Sənədin məzmununun digər şəxslərin nəzərinə çatdırılması əməliyyatıdır
- Poçt üçün vermə: Bu əməliyyat yalnız "Xariç olan" sənədlər üçün yerinə yetirilir
- Digər Sturukturla Razılaşdırma: Əmr/Sərəncam/Qərar, Protokol sənəd növləri üçün istifadə edilir
- Geri vermə: Bu əməliyyat "Daxil olan sənəd" və "Daxili sənədlər"in icra xarakterli olanları üçün edilə bilər. "İcra üçün vermə" əməliyyatının tərsidir
- İmzalanmağa vermə: Sənəd imzalandıqdan sonra onun üzərində "Poçt üçün vermə", "İcra üçün vermə" və "Məlumat üçün vermə" əməliyyatları aparıla bilər
- Dərkənar üçün vermə: Yüksək vəzifəli şəxs tərəfindən sənədə dərkənar qoyulması əməliyyatıdır