AZ | EN | RU

İT konsaltinq

İT Konsaltinq sahəsində böyük praktik təcrübəyə malik Cybernet məsləhətçiləri təşkilat, şirkət və müəssisə rəhbərləri qarşısında duran bir çox vəzifələrin həllinə kömək göstərirlər:

  • müəssisədə fəaliyyət göstərən sistemlərin biznesin spesifikliyinə və tələbatlarına uyğunluğunun qiymətləndirilməsi
  • İT idarə edilməsinin səmərəli strukturunun təşkili
  • korporativ informasiya sistemlərinin optimal arxitekturasının, hesablama və telekommunikasiya infrastrukturunun  qurulması
  • təşkilatın tələbatları baxımından İT investisiyalarının həcminin və səmərəliliyinin qiymətləndirilməsi
  • müəssisənin vəzifələrinə ən uyğun İT həllərinin seçimi  

Cybernet şirkəti İT-konsaltinq üzrə aşağıdakı xidmətləri təklif edir:  

İnformasiya texnologiyaları sahəsində audit  

Sifarişçi qarşısında informasiya texnologiyalarından istifadə sahəsində duran məqsədlərdən, mövcud sistemlərdən və texniki vasitələrdən asılı olaraq, Cybernet mütəxəssisləri sizi maraqlandıran sahədə ətraflı audit aparırlar. Auditin nəticələri sifarişçiyə İT-nin biznesin tələbatlarına uyğunluq dərəcəsini, İT vəsait qoyuluşunun səmərəliliyini və əsaslılığını, İT-də ehtiyat təminatının yetərliliyini və s. qiymətləndirməyə imkan verir.        

Auditin təşkilinə və aparılmasına yanaşmamız auditin məqsədlərinə uyğun tanınmış beynəlxalq standartlardan və ya ümumi təyinatlı standartlardan istifadəyə əsaslanır.    

İT inkişaf strategiyasının işlənib hazırlanması  

Cari və perspektiv biznes vəzifələri, habelə informasiya texnologiyalarının inkişaf meylləri nəzərə alınmaqla müəyyən olunmuş planlaşdırma sahəsində sifarişçinin mövcud İT sisteminin inkişaf istiqamətlərinə dair tövsiyyələrin işlənib hazırlanması. İT strategiyasının işlənib hazırlanması ətraflı auditin və istifadə olunan informasiya sistemlərinin, infrastrukturun, İT sahəsində idarəetməyə yanaşmaların təhlilinin nəticələri əsasında aparılır.         

Korporativ informasiya sistemlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi

İT sahəsində investisiyaların cari səviyyəsinin qiymətləndirilməsi və sahibliyin məcmu dəyərinin (TCO, Gartner) qiymətləndirilməsi metodologiyasının bazasında onların idarəolunanlığının təmin edilməsi, o cümlədən İT cari səviyyəsinin auditi, investisiyaların strukturunun və həcminin biznes tələblərinə uyğunluq dərəcəsinin təhlili, İT xidmətinin təşkilinin və İT idarə edilməsi texnologiyalarının, habelə korporativ İT sistemlərinə xidmət proseslərinin səmərəliliyinin qiymətləndirilməsi.       

İT idarə edilməsi sisteminin müxtəlif aspektlərinin təkmilləşdirilməsi

İT idarə edilməsi sisteminin mövcud vəziyyətinin və potensial tələbatlarının aydın dərki sifarişçilərə aşağıdakı sahələrdə səmərəli həlləri uğurla təklif etməyə imkan verir:     

  • İT xidmətlərinin  idarə edilməsi
  • proqram və İT aktivlərinin idarə edilməsi
  • İT idarə edilməsində təşkilati dəyişikliklər
  • biznesə fasiləsiz İT dəstəyinin idarə edilməsi