AZ | EN | RU

Uğurlarımız

Cybernet şirkətinin mürəkkəb proqram məhsullarının tətbiqi və inkişafı sahəsində fəaliyyəti həm Azərbaycan həm də beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

 

Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti"

 
2013-cü ildə “Business Time" jurnalının  təsis etdiyi ənənəvi "Azeri Business Award-2013" Milli mükafatının təqdimetmə mərasimində Azərbaycanın sürətlə inkişaf edən İT şirkəti olan "Cybernet" MMC  Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti" adına layiq görülmüşdür.

ISO-9001-2000- standartlarına uyğunluq

2010-cu ildə şirkət keyfiyyətin idarə edilməsi sistemi ISO-9001-2000- standartlarına uyğun olmasına dair yoxlamadan uğurla keçmiş və bu sertifikatlaşdırılma prosesi şirkət tərəfindən hər il təsdiq edilir.


Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı
 
Azərbaycan Respublikası Prezidentinin 11 Fevral 2010-cu il tarixli 738 sayli Fərmanına əsasən Cybernet şirkətinin 7 əməkdsaşı, Vergilər Nazirliyinin İnformasiya Texnologiyalarının inkişafına verdiyi tövhəyə görə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilmişdir.
 

 
 
«Doing Bussiness 2009»
 
Dünya Bankının «Doing Bussiness 2009» hesabatında qeyd edilir: Cybernet şirkətinin məhsulları, hüquqi şəxslərin qeydiyyatdan keçməsi “bir pəncərə” sistemi və internet vasitəsilə elektron vergi bəyannamələrinin təqdim edilməsi sistemi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əsas səbəblərindən biridir.

 

“İntellekt” mükafatı

2007-ci ildə şirkət tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün hazırlanmış AVİS Sistemi nümunəvi elektron hökümət xidmət sistemi kimi “İntellekt” mükafatına layiq görülmüşdür.