AZ | EN | RU

Fəaliyyətin qiymətləndirilməsi

Təqdim olunan "Fəaliyyətin qiymətləndirilməsi" modulu müəssisədə (təşkilatda) işləyən hər bir işçisinin potensial imkanlarının açılmasına, müəssisənin (təşkilatın) strateji hədəflərinin reallaşdırmasında bu potensialı yönəltməyə, işçilərin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa və müəssisənin işinin daha səmərəli qurulmasına köməklik göstərmək məqsədilə yazılmışdır.

Proqramda aşağıdakı göstərilən qiymətləndirmə növləri vardır:

- mütəxəssisin və ya işçinin qiymətləndirilməsi

- menecerin və ya rəis heyətinin qiymətləndirilməsi

- struktur vahidinin fəaliyyəyinin qiymətləndirilməsi

Müəssisələrdə (təşkilatlarda, idarələrdə, şirkətlərdə və s.) fəaliyyətin real qiymətləndirilməsi aşağıdakı sahələrin yüksək idarə olunmasına müsbət təsir göstərir:

- insan resurslarının idarə olunması

- biznes proseslərinin idarə olunması

- maliyyə əməliyyatlarının idarə olunması

"Fəaliyyətin qiymətləndirilməsi" proqramının hazırlanması, məhz bu məqsədə xidmət edir. Proqramda şərti olaraq aşağıda göstərilən anlayışlardan istifadə olunur:

- Mütəxəssis - struktur vahidində (şöbədə, xidmətdə, bölmədə, qrupda və s.) işləyən və üst vəzifəlilərə tabe olan işçilər başa düşülür.

- Menecerlər - struktur vahidində müxtəlif səviyyəli rəis heyəti başa düşülür.

Müasir dövrdə müəssisələrdə (təşkilatlarda) işləyən işçilərin fəaliyyətinin qiymətləndirilməsi, onlarin peşə səviyyələrinin və professional bacarıqlarının müəyyənləşdirilməsi müəssisə(təşkilat) rəhbəri üçün ən vacib məsələlərdən biridir. Bu, işçi resurslarının məqsədəuyğun və effektiv istifadəsi üçün zəmin yaradır. İşçilərin əmək fəaliyyətinin obyektiv təhlili müəssisədə (təşkilatda) kadr işinin keyfiyyətinə müsbət təsir göstərir. Yəni, kadrların düzgün yerlışdirilməsi əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, onların vakant yerlərə təyin edilməsi, sınaq müddətində, cari işlərin yerinə yetirilməsində, vəzifə dəyişikliyi edilməsində, işdən azad edilməsində, işçinin bilik səviyyəsinin müəyyən edilməsində düzgün mövqe tutmağa köməklik edir.

Proqramda işçi hər gün gördüyü işlər barədə məlumatı xüsusi pəncərə vasitəsilə sistemə daxil edir. Bu informasiya vasitəsilə üst qurum alt qurumun gün ərzində iş planına uyğun işlərin və tapşırıqların necə və hansı müddətə yerinə yetirilməsi haqqında məlumat alır. Toplanmış məlumat ayın sonunda, 6 ay müddətində və ilin sonunda rəhbər tərəfindən təhlil edilir. Bu təhlil əsasında işçinin iş keyfiyyətləri haqqında rəy formalaşır ki, bu da işçilərin mükafatlandırımasını və gələcəkdə qiymətləndirilməsinə köməklik edir. Sistemdən istifadə rəhbərliyə sistemdəki məlumat əsasında kadrların lazımi qaydada yerləşdirilməsi, onların əməyinin düzgün qiymətləndirilməsinə köməklik edir.

Proqramda mütəxəssislərin, tabe olduğu rəis heyəti tərəfindən gündəlik qiymətləndirilməsi zamanı aşağıda göstərilən parametrlər nəzərə alınır:

- Işin təyin olunmuş vaxtda yerinə yetirilməsi

- Işin yerinə yetirilmə keyfiyyəti

- Işin ağırlığı və ya mürəkkəbliyi

Hər bir parametrin qiymətləndirmə əmsalı vardir. Bu parametrlərə uyğun müəyyən düsturla mütəxəssisin gündəlik fəaliyyəti onun rəisi tərəfindən qiymətləndirilir.

Mütəxəssis hər gün sistemə öz istifadəçi adı ilə daxil olduqda onun fərdi məlumatları "İşçi haqqında məlumat" bölməsinə avtomatik doldurulur. Mütəxəssis görəcəyi işin məzmununu, yerinə yetirilmə vaxt intervalını, iş barədə təklif və problemləri ekranda göstərilən sahələrə daxil edir.

Mütəxəssisin 6 ayliq qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə hesablanılır:

- icraçılıq səviyyəsi

- təşəbbüskarlığı və təklif etdiyi təkliflərin tətbiq olunması

- münasibətlərin qurulması

- bilik səviyyəsi (treninq proqramıı üzrə test balı, xarici dil bilməsi, kompüter bilikləri, elmi dərəcəsi, elmi tədqiqatlarda iştirakı)

- xidməti davranışı və etikası

Proqramda hər bir meyarın xususi çəki əmsalı vardır. Meyarlar qiymət şkalasına əsasən qiymətləndirilir. Meyarların balları toplanaraq mütəxəssis üçün 6 aylıq reytinq əmsalı çıxarılır.

Menecerin illik qiymətləndiriməsi zamanı isə aşağıdakı meyarlar nəzərə alınır:

- menecerin rəhbərlik səviyyəsi

- işi planlaşdirması və nəzarət etmə bacarığı

- şəxsi təşəbbüskarlığı

- münasibətlərin qurulması

- insan resurslarının idarə edilməsi

- icraçılıq səviyyəsi

- bilik səviyyəsi və s.

Meyarlara görə menecer üçün illik reytinq əmsalı hesablanılır.

Proqramda struktur vahidlərinin istənilən hesabat dövrləri üçün müxtəlif növ qiymətləndirilmə hesabat sənədləri mövcuddur.