Tariximiz
- 2016-ci ildə şirkətin xidmət idarə edilməsi sistemi ISO/IEC 20000-1:2011 standartlarına uyğun olmasına dair yoxlamadan uğurla keçmişdir.
- 2013-cü ildə Elektron Xidmət Həlləri üzrə "İlin İT şirkəti" adına layiq görülmüşdür.
- 2010-cu ildə Cybernet şirkətinin 7 əməkdaşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)”
- 2010-cu ildə şirkətin keyfiyyətin idarə edilməsi sistemi ISO-9001-2008- standartlarına uyğun olmasına dair yoxlamadan uğurla keçmiş və bu sertifikatlaşdırılma prosesi şirkət tərəfindən hər il təsdiq edilir.
- 2009-cu ildə Dünya Bankının «Doing Bussiness 2009» hesabatında Cybernet şirkətinin məhsulları, hüquqi şəxslərin qeydiyyatdan keçməsi “bir pəncərə” sistemi və internet vasitəsilə elektron vergi bəyannamələrinin təqdim edilməsi sistemi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əsas səbəblərindən biri kimi qeyd edilir.
- 2007-ci ildə şirkət tərəfindən hazırlanmış AVİS Sistemi nümunəvi elektron hökümət xidmət sistemi kimi “İntellekt” mükafatına layiq görülmüşdür.
- 2004-cü ildə Cybernet MMC şirkəti yaradılaraq ilk fəaliyyətinə başlayıb.