AZ | EN | RU

Test üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş layihələrin proqram təminatını test etmək;
  • Səmərəliliyi artırmaq üçün həll yollarını tapmaq;
  • Korporativ siyasət və proseduralara əsasən layihəni vaxtında test etmək;
  • Proqram təminatının testinə başlamadan öncə test planı hazırlamaq;
  • Proqram təminatının testinə başlamadan öncə müştəri tələblərini (Usecase), biznes tələblərini, analiz və dizayn sənədlərini oxuyub anlamaq və təhlil etmək;
  • Proqram təminatının testkeyslər yazaraq test etmək;
  • Proqram təminatı testi  zamanı  aşkar edilən xətaları (bug) işlərin idarəedilməsi sitemində qeydiyyata almaq və xətanın  həllini izlənmək ;
  • Testkeys Tələb Matrisasını tərtib etmək (RTM);
  • Müştəri Testini təşkil etmək və idarə etmək (UAT);
  • Test prosesi ilə əlaqəli digər fəaliyyətləri həyata keçirmək.

Əsas tələblər:

  • Ali təhsil (IT ixtisası üzrə ali təhsil almışlara üstünlük verilir)
  • Testçi və ya Keyfiyyət təminatı (QA) sahəsində ən az 2 il iş təcrübəsi sahəsində (telekom və IT sahələrində çalışan namizədlərə üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı səviyyədə bilmək (İngilis dili orta səviyyədə bilmək arzu olunandır);
  • MS Office proqramları, SQL dili – ümumi anlayış;
  • Jira, Confluence alətləri ilə işləmək təcrübəsi;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə, komandada işləmək;
  • Test növləri barədə məlumatlı olması və test zamanı istifadə etmə biliyi;
  • Testkeyslərin hazırlanması biliyi;
  • Test planlarının hazırlanması biliyi;
  • Testkeys Tələb Matrisasının yazmaq (RTM) biliyi ;
  • Yaradıcı olmaq biliyi;
  • Müştəri qəbul testlərinin təşkil etmək biliyi;
  • Stresə davamlılıq;
  • Davamlı öyrənmə və inkişafa yönümlülük.

İş şərtləri və şəraiti:

  • Rəqabətli əmək haqqı
  • İş qrafiki: növbəli iş rejimi
  • Sosial paket: “VIP paket” tibbi sığorta

Namizədlər öz ərizə formalarını (CV) “Test üzrə mütəxəssis” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

 

 

 

 

 

09.07.2018