İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üçün "AZEXPORT.AZ " sistemi
AZEXPORT.AZ
Müştəri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Məqsəd:
Azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. Azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal Azərbaycanda istehsal olunan məhsulların satışının təşkili baxımdan, həm də yerli şirkətlərin geniş məlumat bazası kimi çox mühim əhəmiyyətə malikdir. Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq yerli məhsulları bütün dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli Azexport.az vasitəsilə "Made in Azerbaijan" brendi alıcılara yaxınlaşdırılır.
“AZEXPORT.AZ” sistemində Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətlərin və fərdi sahibkarların məhsullarının xarici ölkələrdə tanıdılması və satışını asanlaşdırmaq üçün bölmələr hazırlanmışdır. Həmin bölmələrdən olan Rəqəmsal Ticarət Qovşağı ixracat üçün lazımi sənədlərin (sertifikat, lisenziya və s.) toplanması, ixrac təşviq məbləğinin əldə olunması proseslərini avtomatlaşdırıb. Portal xarici vətəndaşlara (qeyri rezidentlərə) gücləndirilmiş elektron sertifikat (ASAN İmza və E-imza) almağa və Azərbaycana gəlmədən burada real vaxt rejimində hüquqi şəxs qeydiyyatına imkan verir.
Alt sistemlər və modullar: Azescrow, Digital Trade Hub
İstifadə olunmuş texnologiyalar: Oracle, Java, OpenCart