Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün "TAX FREE" sistemi
Tax Free
Müştəri
Azərbaycan Respublikası Vergilər Nazirliyi
Məqsəd:
Ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün 2016-cı ilin 16 iyun tarixindən respublikamızda beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin tətbiqinə başlanılmışdır. “Tax free” sisteminin tətbiqi məqsədilə Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklər edilmişdir.“Tax free” sitemi tətbiq edilərkən beynəlxalq təcrübə araşdırılmış, bu sistemin tətbiqini həyata keçirən xarici şirkətlərin, mənfi və müsbət cəhətləri nəzərə alınmaqla alıcıların minimum vaxt sərf etməklə ödədikləri ƏDV-nin qaytarılmasını təmin edən vahid mərkəzdən idarə edilən yeni milli model yaradılmışdır.
Alt sistemlər və modullar:
- Milli modelimiz olan “TaxFree” informasiya sistemi müasir texnoloji yenilikləri nəzərə alınaraq hazırlanmışdır. Bu sistem əlavə olaraq mobil qurğuları da dəstəkləyir.
- “TaxFree” informasiya sisteminin istifadaçiləri eyni portal üzərindən əməliyyatları etmə imkanı.
- ”TaxFree” sisteminə identifikasiya və avtorizasiya, eləcə də əməliyyatların imzalanması və təsdiqlənməsi gücləndirilmiş elektron imza (Asanİmza) vasitəsi ilə həyata keçirilir. Bu isə, sistemin etibarlı təhlükəsizliyini təmin edir. Sistemin digər üstünlüklərindən biri də, vergi hesab fakturalarin oxunması zamanı vaxt itkisinin qarşısının alınması məqsədilə çap zamanı strix kodların tətbiq olunmasıdır.
- “TaxFree” informasiya sisteminin istifadaçiləri olan strukturlar (Satıcılar,Gömrük Komitəsi,Müvəkkil bank) eyni zamanda onlayn rejimdə portal üzərindən əməliyyatların iş axınını, hesabatları izləyə və müvafiq əməliyyatları icra edə bilirlər.
- “TaxFree” informasiya sisteminin Vergilər Nazirliyinin AVİS informasiya sistemi ilə real vaxt rejimində inteqrasiyası mövcüddur.
- “Tax Free” xidmətinə qoşulmaq istəyən ƏDV ödəyicilərinin müraciətləri Vergilər Nazirliyi tərəfindən təsdiqləndikdən sonra, bu ödəyicilərinin “TaxFree” informasiya sisteminə girişi avtomatik olaraq aktivləşir.
- “TaxFree” informasiya sisteminin məlumat bazası istənilən növ verilənlər bazasi sistemi üzərində qurulması imkanı mövcüddur. Bu sistem müraciətlərin sayı çox olduğu halda, sistemin effektifliyinin artırılması məqsədilə əlavə teхniki resursların əlavə edilməsi hesabına gücləndirilə bilinir.
- Nəticədə müştəri (Vergilər Nazirliyi),vergi ödəyiciləri və istifadəçilər arasında bu istiqamətdə irəlləyişlər fəaliyyətin rahatlığı, şəffaflığı, vaxta və resurslara qənaət edilməsi təmin edilmişdir.
İstifadə olunmuş texnologiyalar: Oracle, Java,Hibernate,JAX-RS (JERSEY),HTML 5,CSS 3.0,Bootstrap,JQuerry