AZ | EN | RU

Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün "Banklarla elektron inteqrasiya TaxBank" proqramı

Banklarla elektron inteqrasiya sistemi - TaxBank

Məqsəd:

Azərbaycan Respublikası Vergilər Nazirliyi (VN) ilə banklar arasında vergi ödəyiciləri ilə bağlı elektron məlumat mübadiləsinin aparılmasını təmin etmək məqsədilə proqram təminatının hazırlanması və tətbiq edilməsi (TaxBank sisteminin tətbiq edilməsi).

Proqram bank hesablarının açılması üçün tələb olunan şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün təqdim edilən sərəncamların və geriçağırmaların banklara rabitə kanalları vasitəsilə elektron formatda ötürülməsi və nəticələrinin qəbul edilməsi üçün hazırlanmışdır.

Proqram aşağıdakı sənəd qovluqlarından ibarətdir:

"Gələnlər" qovluğu - daxil olmuş sənədlər ("şəhadətnamə-dublikatlar", "geriçağırma", "sərəncamlar") toplanılır.

"Göndəriləcəklər" qovluğu - Bankların kodlarına uyğun cavablandırılan sənədlərin siyahısı burada toplanılır.

"Göndərilmişlər" qovluğu - Bankların kodlarına uygun göndərilmiş sənədlər burada toplanılır.

"Xətalılar" qovluğu - sənəddə xətalar baş verdikdə bu qovluğa göndərilir.

Proqramda aşağıdakı əməliyyatları aparmaq mümkündür:

Cavabla - "Gələnlər" qovluğunda olan sənədləri cavablandırmaq

Göndər - cavablanmış və "Göndərilicəklər" qovluğunda olan sənədləri göndərmək

PDF sənədi yarat - sənədləri PDF formatında yaratmaq

Geri qaytar - "Göndəriləcəklər" qovluğunda olan istənilən sənədi "Gələnlər" qovluğuna qaytarmaq

Yenilə - "Gələnlər" qovluğunu yeniləmək