AZ | EN | RU

Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün “Bir Pəncərə”, Hüquqi şəxslərin dövlət qeydiyyatı sistemi

Bir pəncərə

Müştəri:

 Azərbaycan Respublikası Vərgilər Nazirliyi

Məqsəd: 

Məqsəd kommersiya qurumlarının dövlət qeydiyyatının tam rahatlaşdırılması və qeydiyyat prosesində iştrak edən dövlət qurumları arasında asan məlumat mübadiləsinin təmin edilməsini həyata keçirmək. Hüquqi şəxsin bir müraciəti əsasında lazımi dövlət qurumlarından Azərbaycan Respublikası Vergilər Nazirliyi vasitəsi ilə lazımi arayışların məlumatların toplanılması və tez bir zamanda kommersiya qurumlarının qeydiyyatının təmin edilməsi.

Alt sistemlər və modullar:

Sistemin əsas üstünlüklərii digər qurumların informasiya sistemləri ilə tam inteqrasiyası və məlumatların rahat bir formada toplanılması. İnteqrasiya aşağıdakı qurumlarla həyata keçirilmişdir

·         İAMAS (DİN),

·         Baş Xəzinədarlıq,

·         Dövlət Statistika Komitəsi,

·         Dövlət Gömrük Komitəsi,

·         Dövlət Sosial Müdafiə Fondu,

·         Banklarla

Nəticədə kommersiya qurumlarının dövlət qeydiyyatının proqram təminatı vasitəsilə həyata keşirilməsi nəticəsində qeydiyyat müddəti 20 dəfə azalaraq 3 gün olmuşdur.Eyni zamanda təqdim olunan kağız formatlı sənədlərin sayı dəfələrlə azaldılmışdır. "Bir pəncərə" sisteminin tətbiqinədək müxtəlif dövlət qurumları tərəfindən aparılan çoxpilləli qeydiyyat prosesində 500-dən artıq dövlət qulluqçusu iştirak edirdisə, hal-hazırda bu iş cəmi 85 əməkdaş tərəfindən yerinə yetirilir.

İstifadə olunmuş texnologiyalar:  Oracle, HP, Cisco, Java