AZ | EN | RU

Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün "AVİS" və "AVIS - 2" - Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

Müştəri:

 Azərbaycan Respublikası Vərgilər Nazirliyi

Məqsəd:  

·         "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi"in əsas məqsədi büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün effektli informasiya dəstəyinin təmin edilməsi ;

·         Vergilər Nazirliiyinin bütün strukturlarında vahid informasiya və məlumatların saxlanılması və emalı imkanının yaradılması;

·         Yerli vergi orqanlarının funksiyalarının avtomatlaşdırılması;

·         Dövlət qurumları ilə inteqrasiyanın həyata keçirilməsi və onlarla qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi.

Alt sistemlər və modullar

·         "Kargüzarlıq"-  Altsistem daxil olan və göndərilən məktubların, hesabatların və s. qeydiyyatı, məktubun idarə daxilində hərəkətinin müşayət edilməsi, işlərin yerinə yetirilməsinə (cavabların verilməsinə) nəzarət və sair imkanlara malikdir.

·         "Vergi ödəyicilərinin qeydiyyatı" - Altsistem vergi ödəyicisinin ilkin qeydiyyatından başlayaraq onun vergi uçotundan çıxdığı dövrə qədər avtomatlaşdırılmış müşaiyətini təmin edir.

·         "Vergi bəyannamələrinin qəbulu və kameral yoxlanılması" - Bu altsistem vasitəsi ilə bəyannamə və arayışların qəbulu, vergi ödəyicilərinin hesabatlarının kameral yoxlanılması, analoji qaydada vergilərin hesablanması, bütün hesabat formalarında əks olunmuş göstəricilərin mümkün qarşılıqlı əlaqəsinin yoxlanılması və sair əsas funksiyalar yerinə yetirilir.

·         "Vergi daxilmaların uçotu" - Bu altsistemin girişində ixtiyari formatlı bank çıxarışları qəbul olunur, sistemin işləməsi nəticəsində isə daxilolmalar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə təyinatı üzrə bölüşdürülür.

·         "Vergi ödəyicilərinin şəxsi hesab vərəqələri" - Bu altsistem kameral və sənədli yoxlamalar nəticəsində tədiyələr və maliyyə sanksiyaları üzrə büdcəyə çatası məbləğlərin avtomatik işlənməsi, saldoların və pensiya məbləğlərinin avtomatik hesablanması, vergi ödəyicilərinin qalıq və artıq ödəmələrinin qarşılıqlı surətdə əvəzləşdirilməsi imkanlarına maıikdir.

·         "İş qovluqlarlarının saxlanılması və istifadəsi" - Altsistemi vergi ödəyicilərinə vergi idarələrində açılmış iş qovluqlarının saxlanılması və istifadəsinə nəzarətin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

·         "Vergi hesab fakturaları" - Altsistemi hesab fakturaların uçotu və bu hesab fakturalar üzrə aparılmış əvəzləşmələrin düzgünlüyünə nəzarəti təmin edir.

·         "İnzibati cərimələr" - Altsistemi vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən tətbiq edilmiş inzibati cərimə məbləğlərinin müəyyənləşdirilməsi, bu məbləğlərin daxil edilməsi və müxtəlif hesabatların alınması və sair funksiyaların yerinə yetirilməsini təmin edir.

·         "Vergi borclarının ləğv edilməsi üzrə həyata keçirilən tədbirlərin nəticələrinin uçotu" - Altsistem vasitəsi ilə bəyannamə təqdim etməyən və büdcəyə borcu olan vergi ödəyicilərinin siyahılarının hazırlanması, İcraat vərəqələrinin açılması, bildirişlərin çap edilməsi, sərəncamların qoyulması, əmlakın siyahıya alınması, məhkəmə aidiyyatı üzrə işlərin aparılması, məhkəmə qətnamələrinin işlənməsi və ümüdsiz borcların silinməsi işləri yerinə yetirilir.

·         "Operativ vergi yoxlamalarının nəticələri üzrə uçot" - Altsistemi operativ vergi yoxlamalarının nəticələrinin uçotunun rahat aparılmasını təmin edir.

·         "Səyyar vergi yoxlamalarının təyin olunması üzrə qərarın qəbulu və yoxlamaların nəticələrinin uçotu" - Səyyar vergi yoxlamasının aparılması, vergi ödəyicisinin müəyyənləşdirilməsi, yoxlamaların  təyin edilməsi, nəticələrin qeydiyyatı və şəxsi hesab vərəqələrinə tam məlumatın ötürülməsi.

·         "Vergi orqanlarının və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi" - Altsistem tam və dolğun yoxlamalar nəticəsində  daxili fəaliyyətin qiymətləndirilməsini həyata keçirir.

·         "Mükəlləfiyət" - Bu altsistemdə vergi ödəyəcisinin mükəlləfiyət, xususi rejim məlumat ərizəsi, sertifikat və xususi rejimdəki sazişlərin məlumatları yığılır.

·         "Vergi ödəyicilərinə xidmət" - Altsistemi vergi ödəyicilərinə göstərilən xidmət işlərinin nəticələrinin uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulur.

·         "İnternet vasitəsilə göstərilən xidmətlər" - Digər dövlət qurumları ilə inteqrasiya nəticəsi olaraq bütün xidmətlərin internet vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur.

·         "Elektron müraciət" -  "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün" və "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında" ərizələrin vergi orqanına İnternet Vergi İdarəsi saytı vasitəsilə elektron şəkildə təqdim edilməsi.

·         "Kadr" - Bütün kadr fəaliyyətinin planlaşdırılması  və həyata keçirilməsi üçün nəzərdə tutlmuş altsistemdir.

·         "Maliyyə təsərrüfat" - Bu altistemdə bütün maliyyə təsərrüfat fəaliyyətinin tam avtomatlaşdırılması reallaşdırılıb.

·         "Mühasibatlıq"  - Azərbaycan Respublikası qanunvericiliyi əsasında mÜhasibatlığın avtomatlaşdırılması həyata keçirilmişdir.

·         "Təhlil" - Mövcud olan məlumatlar əsasında dolğun təhlilin aparılması.

·         "Proqnozlaşdırma" - Bu altsistemdə müxtəlif tip proqnozların qurulması: xətti, ekspanensial, dinamik, imitasiya, ekonommetrik, balans modelləri, mövsümü kənara çıxmaları nəzərə alan və s., proqnozlaşdırma metodlarının dəqiqlik dərəcəsinin təyin edilməsi reallaşdırılıb.

·         "Hesabatlar və arayışlar" -  Altsistem giriş məlumatları əsasında universal hesabat və arayışların alınmaq imkanını yaradır.

·         "Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin işləri" - Altsistem vergi cinayəti, tədqiqat və əməliyyat işlərinin və onların nəticələrinin uçotunun avtomatlaşdırılmasını təmin edir.

·         "Vergi orqanlarının digər qurumlar ilə inteqrasiyasının təmini" - Altsistem digər qurumlar ilə elektron şəkildə qarşılıqlı məlumat mübadiləsinin aparılması üçün nəzərdə tutulmuşdur.

·         "Vergi ödəyicilərinin maliyyə vəziyyətlərinin təhlili və onların müxtəlif kriteriyalara görə qruplaşdırılması"  - Bütün ödəyicilərə dair təhlilin təmin edir.

İstifadə olunmuş texnologiyalar:  Oracle, HP, Cisco, Java