AZ | EN | RU

Əmlak Məsələləri Dövlət Komitəsi üçün Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə sistemi (RERCMS) (Dünya Bankının layihəsi)

RERCMS 

Müştəri:

Əmlak Məsələləri Dövlət Komitəsi

 Məqsəd: 

·        Respublika daxilində daşınmaz əmlakın idarə edilməsi və istifadəsi;

·        Dövlət əmlakının idarə edilməsi və istifadəsi;

·        Daşınmaz əmlakın Kadastr bazasının formalaşdırılması;

·        Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi, hərracların təşkili barədə məlumatların vahid bazada toplanılması və idarə edilməsi;

·         Daşınmaz əmlakın mətn və coğrafi məlumatlarının qeydiyyatı;

·         Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı;

·         Elektron xidmətlərin yaradılması;

·         Sitemdə vasitəsilə toplanan məlumatların vahid bazada toplanılması və etibarlı mühafizəsi.

Alt sistemlər və modullar:

DƏQKİS-in modullarının çalışma prinsipləri:

- Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı modulu vasitəsilə DƏQKİS-ə daşınmaz əmlakın dövlət reyestrinin II və III fəsilləri barədə məlumatlar, o cümlədən, hüquqların dövlət qeydiyyatı ilə bağlı, eyni zamanda daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması və yüklülüyü, hüquqların ləğvi ilə bağlı məlumatlar, sənədlər daxil edilir.

- Daşınmaz əmlakın vahid dövlət kadastrı modulu vasitəsilə DƏQKİS-ə daşınmaz əmlakın dövlət reyestrinin I fəsli barədə məlumatlar, o cümlədən, daşınmaz əmlaklar barədə texniki göstəricilər, coğrafi (məkan) məlumatlar, plan-sxemlər daxil edilir.

- Dövlətə məxsus daşınmaz əmlakın uçotu modulu vasitəsilə dövlət təsisatı, dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı, dövlət təsisatının balansında olmayan və istifadə etdiyi qeyri-yaşayış sahəsi, binalar (tikililər) haqda məlumatlar DƏQKİS-ə daxil edilir.

- Daşınmaz dövlət əmlakının icarəyə verilməsi modulu vasitəsilə daşınmaz dövlət əmlakının (torpaq sahələri) icarəyə verilməsi, icarə müqaviləsinin uzadılması, xitam verilməsi barədə məlumatlar DƏQKİS-ə daxil edilir.

- Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi modulu vasitəsilə kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, istifadəsiz qeyri yaşayış sahələrinin hərraca çıxarılması, icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi, dövlət müəssisələri bazasında səhmdar cəmiyyətlərinin yaradılması, səhmdar cəmiyyətlərinin hərraclara çıxarılması barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

- Dövlət əmlakının idarə edilməsi və istifadəsinə nəzarət modulu vasitəsilə dövlət təsisatlarında yeni qurumun yaradılması, hüquqi formasının dəyişdirilməsi, monitorinqlərin təşkili və keçirilməsi, dövlət payı olan səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların (birinci və növbəti) təşkili, səhmdar cəmiyyətlər üzrə əsas vəsaitlərin inventarlaşdırılması, dövlət təsisatlarının İllik Xüsusi Hesabat formalarına dair məlumatlar DƏQKİS-ə daxil edilir; 

- Sağlamlaşdırma, restrukturizasiya və dəstəkləmə modulu vasitəsilə dövlət müəssisələrinin sağlamlaşdırılması və restruktruzasiyası ilə bağlı məlumatlar DƏQKİS-ə daxil edilir;

- Hüquqi məsələlər modulu vasitəsilə hüquqi ekspertizalar, özəlləşdirilmiş və icarə verilmiş dövlət əmlakları ilə bağlı keçirilən məhkəmə prosesləri, dövlət əmlakının özəlləşdirilməsi ilə müqavilələr barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

- Hərracların təşkili modulu vasitəsilə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, istifadəsiz qeyri-yaşayış sahələrinin, səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivinə güzəştli, pullu və ixtisaslaşdırılmış pul hərrəclarında satışına, müsadirə edilmiş əmlakın, nəqliyyat vasitələrinin hərraclarda satışı barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

- İnvestisiya müsabiqələri modulu vasitəsilə dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərinin səhmlərinn investisiya müsabiqəsi vasitəsilə satışı, investisiya müsabiqələrinin nəticələri və müqaviə üzrə öhdəliklərin yeriənə yetirilməsi vəziyyəti barədə məlumatlar DƏQKİS-ə daxil edilir ;

- Maliyyə modulu vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, səhmdar cəmiyyətlərinin səhm satışından daxil olan vəsaitlər DƏQKİS-ə daxil edilir və daxil olmaların uçotu aparılır;

- Audit və monitorinq modulu vasitəsilə DƏQKİS-də aparılan əməliyyatların tarixçəsi saxlanılır, müxtəlif əməliyyatlara nəzarət edilir, DƏQKİS-in performansı və işləkliyinin monitorinqi aparılır.

- Elektron xidmətlər modulunda vətəndaşlara, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlər öz əksini tapır. Bu modul vasitəsilə müxtəlif informativ və interaktiv xidmətlər göstərilir, müvafiq məlumatlar DƏQKİS-ə daxil edilir.

- Sorğu, təhlil, hesabat modulu vasitəsilə DƏQKİS-in məlumat bazasında toplanmış müxtəlif məlumatlardan mərkəzləşdirilmiş qaydada hesabatlar alınır, sorğular və axtarışlar həyata keçirilir.

-  Kargüzarlıq və kadr modulu vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələri, strukturuna daxil və tabeli qurumlarındakı sənəd dövriyyəsi aparılır və kadr məlumatlarının toplanması və emalı həyata keçirilir.  

-  Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə modulu vasitəsilə DƏQKİS-in avtomatlaşmış işçi yerlərindən daxil edilən informasiyaların qəbulu, emalı, saxlanması, mühafizəsi təmin edilir.

İstifadə olunmuş texnologiyalar:  Oracle, Java, Avrora, Eyeks, DAL