AZ | EN | RU

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün "EHDİS Elektron Hökumət İnformasiya Sisteminin" hazırlanması və tətbiqi

EHDİS

Müştəri:

 Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Məqsəd: 

İstifadəçilər üçün zəruri məlumatların əldə edilməsini və lazım olan servis xidmətlərinin göstərilməsini  təmin etməlidir.

“e-Gov” Elektron Xidmətlər Portalı    (www.e-gov.az) vətəndaşlar, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulmuşdur.

Portal, istifadəçilər üçün zəruri məlumatların əldə edilməsini və lazım olan servis xidmətlərinin göstərilməsini  təmin edir.

“e-Gov” Elektron Xidmətlər Portalı     vasitəsilə istifadəçilər onları maraqlandıran məsələlər ilə əlaqədar dövlət təşkilatlarının məlumat bazalarına müraciət etmək imkanı əldə edirlər.

Portalın tətbiqi hökümət orqanlarının fəaliyyətində informasiya şəffaflığına və idarəetmənin effektivliyinin yüksəldilməsinə şərait yaradır.

Alt sistemlər və modullar:

“e-Gov” Elektron Xidmətlər Portalının məzmunu veb-interfeys vasitəsilə məsul şəxslər (redaktorlar və administratorlar) tərəfindən daxil və redaktə edilir. Portal, məzmunları idarə edən sistem, Content Management System  (CMS) üzərində qurulmuşdur. Bu o deməkdir ki, saytın məzmunları paylanmış formada və kənardan daxil edilir və redaktə olunur.

·         Portal aşağıdakı hissələrdən ibarətdir:

·         İnfoPortal - İnformasiya portalı bölməsi;

·         UniPort  - Servis və xidmətləri yerinə yetirən universal portal bölməsi;

·         Rəsmi yazışmalar  sistemi.