AZ | EN | RU

Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün Məlumatın yığılması və nəzarət-kassa aparatından GSM vasitəsilə Vergilər Nazirliyinin mərkəzi serverinə ötürülməsi üçün avadanlığın hazırlanması və istehsal edilməsi

Elektron məsafədən ötürmə qurğuları (EMQ)

Müştəri:

 Azərbaycan Respublikası Vərgilər Nazirliyi

Məqsəd: 

Nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi və vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların qarşısının alınması.

Alt sistemlər və modullar:

Lyihə çərçivəsində yeni  “EMQ”  adlanan avadanlığın tətbiqinə başlanmışdır. NKA-nın(kassa aparatı) tərkibinə daxil olan, elektron nəzarət lentindən (ENL) və bu lentdə toplanmış məlumatların ötürücüsündən ibarət elektron qurğudur. Bu intellektual qurğu bir sıra funksiyaları yerinə yetirir. EMQ-lər kassa aparatında hazırlanan bütün ödəniş sənədləri (nağd və ya ödəmə kartı vasitəsilə) və yekun hesabatlar haqqında məlumatları onların hazırlanması ilə vahid tsikldə qeydə alır və bu sənədlər üçün kriptoqrafik yoxlama kodunu (KYK) emal edir. Toplanmış məlumatlar rabitə operatoru vasitəsilə Vergilər Nazirliyinin mərkəzi serverinə ötürülür və nazirliklə əks-əlaqə təmin edilir. Əks-əlaqə vasitəsilə Vergilər Nazirliyi NKA-nın mübadilə reqlamentini və digər parametrləri dəyişə bilər.

EMQ qurğusu aşağıdakı fünksiyaları yerinə yetirir:

·         Nağd və ya ödəmə kartı vasitəsilə ödəniş qəbzlərini hazırlamaq və yekun hesabatları (“Z”-hesabatları) təyin olunmuş periodda  qeydiyyata almaq;

·         Hər bir qəbz üçün kriptoqrafik yoxlama kodu (KYK) yaratmaq;

·         Toplanmış məlumatları rabitə operatoru vasitəsilə Vergilər Nazirliyinin mərkəzi serverinə ötürmək;

·         Vergilər Nazirliyi ilə əks əlaqənin təmin etmək.

Nəticədə bu qurğu vasitəsi ilə hesablaşmanın tam nəzarətdə olması təmin edilmişdir.  

EMQ və ENL qurğularının nömrələri 10 simvoldan ibarətdir.