AZ | EN | RU

Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün "Elektron vergi hesab fakturası" sistemi

Elektron vergi-hesab fakturası

Müştəri:

 Azərbaycan Respublikası Vərgilər Nazirliyi

Məqsəd: 

Elektron vergi hesab faktura sisteminin vergi ödəyiciləri üçün hazırlanması və tətbiq edilməsi. Sistem bu əməliyyatın rahat və şəffaf formada aparılmasını təmin etməlidir.

Alt sistemlər və modullar:

eVHF sistemində onlayn və oflayn rejimdə işləmək mümkündür.

Vergi hesab-fakturaların Onlayn rejimində hazırlanması

İnternet Vergi İdarəsinin "e-VHF" sisteminin vasitəsilə elektron vergi hesab-fakturaları və ya əvəzləşmələri hazırlamaq və paket hazırlamadan onları qeydiyyatda olduğu vergi orqanına göndərməyi təşkil etmək mümkündür.

Vergi hesab-fakturalarının və onların əvəzləşməsinin Oflayn rejimində hazırlanması üçün "eFP proqramı"ndan istifadə olunur. Bu proqram vasitəsilə elektron VHF-lər(əvəzləşmələr) İnternet Vergi İdarəsi portalı vasitəsilə vergi ödəyicilərinə və ya qeydiyyatda olduğu vergi orqanına göndərilməsi üçün paketlənir.

"eFP proqramı"nın 4 əsas moduldan ibarətdir

·         "Fayl",

·         "Qeydlər",

·         "Paketlə",

·         "Kömək"

Nəticə olaraq elektron vergi hesab-fakturası (e-VHF) altsistemi  Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (http://www.e-taxes.gov.az) vasitəsilə  elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir. Proqram həmçinin Elektron Faktura Tərtibatı (eFP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron VHF-ləri sistemə yükləmək və göndərmək imkanına da malikdir.

İstifadə olunmuş texnologiyalar:  Oracle, HP, Cisco, Java