Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəsi ilə elektron məlumat mübadiləsi sisteminin yaradılması və tətbiqi
Elektron məlumat mübadiləsi sistemi
Müştəri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Məqsəd:
Elektron sənəd dövriyyəsi sisteminin yaradılmasında məqsəd təşkilatın daxili yazışmasının, o cümlədən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə müəssisələrdən, təşkilatlardan, vətəndaşlardan alınan sənədlərin, habelə yuxarıda göstərilən ünvanlara göndərilən sənədlərin avtomatlaşdırılmasıdır.
Altsistemlər və modullar:
· Elektron məlumat mübadiləsi sistemi.
Sistem aşağıdaki imkanlara və funksiyalara malikdir:
· Sənədlərin qeydiyyat və uçotunun, habelə elektron sənəd dövriyyəsinin sistemləşdirilməsi;
· İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən alınan sənədlərin (imzalanmış və təstiqlənmiş sənədlərin) qeydiyyatı;
· Elektron şəkildə sənədlərin alınması və təstiqi;
· Sənədlərin elektron imza vasitəsi ilə imzalanması (Asan İmza);
· İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə inteqrasiya;
· Müxtəlif əməliyyatlar üçün sənədlər toplusunun nəqli;
· Sənədlərin tam tarixcəsi;
· Müxtəlif prosedurların həyata keçirilməsi mexanizmi haqqında məlumat;
· İrimiqyaslı axtarış aparılması və hesabatların alınması imkanı.
İstifadə olunan texnologiyalar: Oracle, Java, PHP