Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası üçün Elektron Məlumat Mübadiləsi Sisteminin (EMMS) və İnsan resurslarının idarə edilməsi modulunun yaradılması və tətbiqi
Elektron Məlumat Mübadiləsi Sistemi
Müştəri:
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Məqsəd:
Elektron Məlumat Mübadiləsi Sisteminin məqsədi təşkilat daxilində aparılan daxili yazışmalarının və həmçinin digər dövlət orqanlarından, müəssisələrdən, təşkilatlardan, vətəndaşlardan, eləcə də nəzarət subyektlərindən daxil olan və xaric olan sənədləşmə işinin avtomatlaşdırılmasıdır.
Alt sistemlər və modullar:
• EMMS
• Administrativ və təhlükəsizlik sistemi (EYEKS)
• İnsan resurslarının idarə edilməsi modulu
Sistemin aşagıdakı imkanları / xüsusiyyətləri var:
• Sənədlərin qeydiyyatının və arxivləşməsinin sistemləşdirilməsi, sənədin elektron formada dövriyyəsi;
• Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;
• Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;
• Sənədlərin Elektron imza (Asan İmza) vasitəsilə imzalanması;
• Sistemin digər sistemlərlə inteqrasiyası;
• Sənədlərlərin toplu şəkildə müxtəlif əməliyyatlara uyğun nəql edilməsi;
• Sənədin üzərində aparılan əməliyyatların tam tarixçəsi;
• Müxtəlif proseslər barədə davranışlar haqqında xəbərdarlıqlar;
• Sənəd və daxili əmrlərin icrasına nəzarət;
• Geniş miqyaslı axtarış və hesabatlar almaq imkanı.
İstifadə olunmuş texnologiyalar: Oracle, Java, Avrora, Eyeks, DAL