AZ | EN | RU

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün “Elektron Sənəd dövriyyəsi” Sisteminin yaradılması və onun tətbiqi

Elektron Sənəd dövriyyəsi

Müştəri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Məqsəd:

Elektron Sənəd Dövriyyəsi proqramının məqsədi təşkilat daxilində aparılan daxili yazışmalarının və həmçinin digər  dövlət orqanlarından, müəssisələrdən, təşkilatlardan, vətəndaşlardan daxil olan və xaric olan sənədləşmə işinin avtomatlaşdırılmasıdır.

Alt sistemlər və modullar:

·    Kargüzarlıq

·    Administrativ və təhlükəsizlik sistemi (EYEKS)

Sistemin aşagıdakı  imkanları / xüsusiyyətləri var:

·    Sənədlərin qeydiyyatının və arxivləşməsinin sistemləşdirilməsi, sənədin elektron formada dövriyyəsi;

·    Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;

·    Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;

·    Sənədlərin Elektron imza (Asan İmza) vasitəsilə imzalanması;

·    Sistemin digər sistemlərlə inteqrasiyası;

·    Sənədlərlərin toplu şəkildə müxtəlif əməliyyatlara uyğun nəql edilməsi;

·    Sənədin üzərində aparılan əməliyyatların tam tarixçəsi;

·    Müxtəlif proseslər barədə davranışlar haqqında xəbərdarlıqlar;

·    Sənəd və daxili əmrlərin icrasına nəzarət;

·    Geniş miqyaslı axtarış və hesabatlar almaq imkanı.

İstifadə olunmuş texnologiyalar:  Oracle, Java, Avrora, Eyeks, DAL