Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üçün “Elektron Sənəd dövriyyəsi” Sisteminin yaradılması və onun tətbiqi (Dünya Bankının dəstəyi ilə)
Elektron Sənəd dövriyyəsi
Müştəri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
Məqsəd:
Elektron Sənəd Dövriyyəsi proqramının məqsədi təşkilat daxilində aparılan daxili yazışmalarının və həmçinin digər dövlət orqanlarından, müəssisələrdən, təşkilatlardan, vətəndaşlardan daxil olan və xaric olan sənədləşmə işinin avtomatlaşdırılmasıdır.
Alt sistemlər və modullar:
· Kargüzarlıq
· Administrativ və təhlükəsizlik sistemi (EYEKS)
Sistemin aşagıdakı imkanları / xüsusiyyətləri var:
· Sənədlərin qeydiyyatının və arxivləşməsinin sistemləşdirilməsi, sənədin elektron formada dövriyyəsi;
· Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;
· Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;
· Sənədlərin Elektron imza (Asan İmza) vasitəsilə imzalanması;
· Sistemin digər sistemlərlə inteqrasiyası;
· Sənədlərlərin toplu şəkildə müxtəlif əməliyyatlara uyğun nəql edilməsi;
· Sənədin üzərində aparılan əməliyyatların tam tarixçəsi;
· Müxtəlif proseslər barədə davranışlar haqqında xəbərdarlıqlar;
· Sənəd və daxili əmrlərin icrasına nəzarət;
· Geniş miqyaslı axtarış və hesabatlar almaq imkanı.
İstifadə olunmuş texnologiyalar: Oracle, Java, Avrora, Eyeks, DAL