Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) üçün “Elektron Sənəd dövriyyəsi” Sisteminin yaradılması və onun tətbiqi
Elektron Sənəd dövriyyəsi
Müştəri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət)
Məqsəd:
Elektron Sənəd Dövriyyəsi proqramının məqsədi təşkilat daxilində aparılan daxili yazışmalarının və həmçinin digər dövlət orqanlarından, müəssisələrdən, təşkilatlardan, vətəndaşlardan daxil olan və xaric olan sənədləşmə işinin avtomatlaşdırılmasıdır.
Alt sistemlər və modullar:
· Kargüzarlıq
· Administrativ və təhlükəsizlik sistemi (EYEKS)
Sistemin aşagıdakı imkanları / xüsusiyyətləri var:
· Sənədlərin qeydiyyatının və arxivləşməsinin sistemləşdirilməsi, sənədin elektron formada dövriyyəsi;
· Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;
· Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;
· Sənədlərin Elektron imza (Asan İmza) vasitəsilə imzalanması;
· Sistemin digər sistemlərlə inteqrasiyası;
· Sənədlərlərin toplu şəkildə müxtəlif əməliyyatlara uyğun nəql edilməsi;
· Sənədin üzərində aparılan əməliyyatların tam tarixçəsi;
· Müxtəlif proseslər barədə davranışlar haqqında xəbərdarlıqlar;
· Sənəd və daxili əmrlərin icrasına nəzarət;
· Geniş miqyaslı axtarış və hesabatlar almaq imkanı.
İstifadə olunmuş texnologiyalar: Oracle, Java, Avrora, Eyeks, DAL