Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi üçün Müstəqil İmtahanların keçirilməsini təmin edən İnformasiya Sisteminin yaradılması və onun tətbiqi
Müstəqil İmtahanların keçirilməsini təmin edən İnformasiya Sistemi
Müştəri:
Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi
Məqsəd:
Sistemin məqsədi Səhiyyə işçilərinin lisenziyalaşdırılması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsidir.
Peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi, nəzəri bilik səviyyəsinin ölçülməsi və klinik bacarıqlara malik olması ilə əlaqədar prosedurların keçirilməsi üçün informasiya sisteminin tətbiqi, tibb işçilərinin hazırlıq vəixtisas səviyyəsinin obyektiv qiymətləndirilməsinə, onların peşə inkişafına və müvafiq olaraq əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəkdir.
Alt sistemlər və modullar:
Sistem aşagıdakı modullardan ibarətdir:
· İdarəetmə
· İmtahana hazırlıq prosesinin idarə edilməsi
· Praktiki imtahanın keçirilməsi
· Forum
· Vebinar
· Spagoo Bİ
· phpBB
Sistemin aşagıdakı xüsusiyyətləri var:
· İmtahan materiallarının bazasının formalaşdırılması və idarə edilməsi, imtahan prosedurunun idarə edilməsi;
· Test prosedurunun idarə edilməsi (qeydiyyat, test hazırlığı, test, praktiki bacarıqların qiymətləndirilməsi və s.);
· Testə hazırlıq üçün elektron təhsil resurslarının hazırlanması;
· Qrafiklərlə və diaqramlarla hesabatların formalaşdırılması funksiyası;
· Təhlükəsizliyin qorunması;
· Namizədlərin məlumatların arxivləşmə, qorunma və ehtiyyat kopyalanması sistemi.
İstifadə olunmuş texnologiyalar: PHP, PostgreSql, Apache Web server, Java8