Cybernet şirkəti Azərbaycanda tenderin qalibi olmuşdur
2004-cü ildə yaradılmış və 2011-ci ildən Synergy Group investisiya şirkətinin tərkibinə daxil olan Cybernet MMC şirkəti həm Azərbaycan bazarında, həm də Mərkəzi Asiya ölkələrində müəssisələr üçün İT infrastrukturlarının yaradılması və tətbiqi, texnoloji həll və yeniliklərin təqdimi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılışı ilə məşğul olan aparıcı təşkilatdır. 2013-cü ildə şirkət e-xidmətlərin həyata keçirilməsi üçün həll vasitələri sahəsində “İlin İT şirkəti” adına layiq görülmüşdür.
Beynəlxalq bazarda mövqelər qazanan Cybernet Azərbaycanın dövlət layihələrində iştiraka maraq göstərməkdə davam edir və ölkənin rəqabət qabiliyyətli şirkətlərindən biri olaraq qalır. Belə ki, bu ilin yazında Cybernet MMC Azərbaycan Respublikası İpoteka Fondunun keçirdiyi tenderdə iştirak etmişdir.
Bu tender 2015-ci il noyabrın 24-də AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Elektron ipoteka” sisteminə dair Əsasnamənin təsdiq edilməsi haqqında Fərmanın həyata keçirilməsinin nəticəsi kimi təşkil olunmuşdu. “Elektron ipoteka” ipoteka krediti üçün elektron müraciətlər təqdim etməyə və elektron formada potensial kreditor bankda görüş təyin etməyə, verilmiş ipoteka üzrə ödənişləri həyata keçirməyə imkan verəcəkdir. Belə yanaşmanın başlıca üstünlüyü ondadır ki, müraciətlər birbaşa olmayacaq, bu da prosesin daha şəffaf olmasını təmin edəcək. Bu, Azərbaycanda ipoteka kreditləşdirməsinin texniki cəhətdən təkmilləşdirilməsidir.
Prezident İlham Əliyevin Fərmanına müvafiq surətdə Nazirlər Kabineti və Ədliyyə Nazirliyi bu layihənin həyata keçirilməsi üçün normativ-hüquqi bazanı yaratmağa imkan verən bir sıra tədbirlər görmüşlər. Beləliklə, İpoteka Fondu “Elektron hökumət” portalı çərçivəsində “Elektron ipoteka” sistemi üçün mal və xidmətlərin təqdim edilməsi üzrə tender elan etmişdir. Cybernet şirkəti digər iddiaçılar arasında bu tenderin qalibi olmuş və bu il iyunun 12-də müqavilə bağlanmışdır.
13.06.2017