AZ | EN | RU

Cybernet şirkəti Tax-Free elektron sistemini işləyib hazırlamışdır

Cybernet şirkəti Tax-Free elektron sistemini işləyib hazırlamış və müvafiq patent almışdır. Bu sistem xarici turistlərin Azərbaycanda aldıqları mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesinin avtomatlaşdırır.  

Sistem artıq Heydər Əliyev Beynəlxalq aeroportunda fəaliyyətdədir, ən yaxın müddətdə onun ölkədəki hər bir NBM-də tətbiqi planlaşdırılır. Tax-free sistemi geniş yayılmış və dünyanın 100-dən  çox ölkəsində tətbiq olunmuşdur.

Tax-free sistemi vasitəsilə xarici turistlərə ƏDV-nin qaytarılmasının avtomatlaşdırılması əmtəə dövriyyəsinin yüksəlməsinə və rəqabət qabiliyyətinin möhkəmlənməsinə təkan verəcək, habelə ölkımizə böyük turist axınını cəlb edəcəkdir.   

09.09.2016