Cybernet əməkdaşlarına nüfuzlu beynəlxalq sertifikatlar təqdim olunmuşdur
Cybernet şirkətinin altı əməkdaşı beynəlxalq “BS ISO/IEC 27001:2013- Information security management systems və Internal Audit and Implementation” sertifikatları almışlar.
“ISO/IEC 27001” — informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartdır. Bu standart İnformasiya Təhlükəsizliyinin Menecmenti Sisteminin yaradılması, inkişaf etdirilməsi və dəstəklənməsi üçün informasiya təhlükəsizliyi sahəsində tələbləri təsbit edir. Birinci sertifikat əməkdaşın bu tələblərə uyğunluğunun təsdiqi kimi verilir.
“BS ISO/IEC 27001:2013” Internal Audit and Implementation sertifikatı ən yüksək səviyyədə daxili yoxlamaların həyata keçirilməsi üçün bütün vərdişlərə və biliklərə malik daxili auditorun ixtisaslılığını təsdiqləyir.
Cybernet şirkəti daim əməkdaşlarının peşəkarlıq səviyyəsini və ixtisaslılığını yüksəldir. Bu gün demək olar ki, şirkət əməkdaşlarının peşə hazırlığı ən yüksək beynəlxalq standartlara uyğundur.
Qeyd olunmalıdır ki, bu sertifikatlar bütün dünyada İT təhlükəsizliyi sahəsində ən nüfuzlu peşəkar sertifikatlar hesab olunur.
04.12.2014