AZ | EN | RU

Cybernet şirkəti nüfuzlu IT sertifikatına layiq görülmüşdür

Cybernet şirkəti İT xidmətlərinin idarə olunması sisteminin “ISO/IEC 20000:1-2011” beynəlxalq standartının tələblərinə müvafiq surətdə təkmilləşdirilməsi layihəsinin uğurla başa çatdırıldığını bildirmişdir.

ISO 20000 — İT xidmətlərinin idarə olunması və onlara xidmət göstərilməsi üzrə beynəlxalq standartdır. Bu standart 2005-ci ildə yaradılmışdır.  2011-ci ildə  ISO 20000 standartı yenilənərək, texniki xarakterli əlavələr nəzərə alınmaqla yeni    “ISO/IEC 20000:2011” redaksiyası çıxmışdır.

 “ISO/IEC-20000-1:2011” standartına uyğunluq Cybernet müştərilərinə və tərəfdaşlarına beynəlxalq səviyyəli tələblərə müvafiq surətdə xidmətlərin keyfiyyətinə, fasiləsizliyinə və təhlükəsizliyinə təminat verir. Uyğunluq sertifikatı  Cybernet şirkətinin qarşısında qoyulmuş səmərəli menecment sisteminin  yaradılması və dəstəklənməsi vəzifəsini uğurla həyata keçirdiyini təsdiqləyir.  Xüsusi qeyd edək ki, Сybernet Azərbaycanda “ISO 20000:1-2011” sertifikatı almış ilk İT şirkətlərindən biridir. 

15.11.2016