AZ | EN | RU

Cybernet şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri “İlin Rəqəmsal Lideri” seçildi

26 yanvar tarixində Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən qabaqcıl və uğur qazanmış qadınlara “AWITA 2017” - The Women in IT Award mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən təşkil olunan mərasim özündə 300-ə yaxın peşəkarları və müxtəlif qonaqları birləşdirib.

Qeyd edək ki, bu il yalnız kişilərdən ibarət olan və müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti 100 nəfərdən çox müraciətçi arasında 15 nominasiya üzrə qalibləri seçib.

Cybernet şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Şəhla Məmmədova İLİN RƏQƏMSAL LİDERİ nominasiyasının qalibi olmuşdur. Bu nominasiyada münsiflər heyəti nominantların innovasiya, liderlik, rəqəmsal texnologiya sahəsində uğurlu təcrübə, investisiya üzrə gəlir, biznes məqsədlərinə uyğunluq bağlı nümunələrə, İT sahəsində tətbiq olunan yerli və qlobal layihələrə diqqət yetirmişlər.

Qeyd edək ki, Şəhla Məmmədova eyni zamanda Amerikanın  Azərbaycandakı Səfirliyi tərəfindən elan olunan “Open World Leadership – Women in STEM” müsabiqəsinin də qalibi olmuşdur və Azərbaycanı təmsil etmək üçün mart ayında Amerika Birləşmiş Ştatlarına iki həftəlik proqram üçün yola düşəcəkdir.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri və onun həyat yoldaşı, Milli Məclisin deputatı və digər dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Cybernet şirkəti uğurlu tərəfdaş kimi təşəkkürnamə ilə təltif olunmuşdur.

Qeyd edək ki, informasiya texnologiyaları sahəsində uğurlu innovasiyalar tətbiq etməkdə davam edən və xanımların bu sahədə inkişafını dəstəkləyən Cybernet şirkətinin Baş Direktoru İlham Namazov da tətbirdə iştirak etmiş, “AWITA 2017” müsabiqəsi çərçivəsində İKT sahəsində İLİN TƏLƏBƏSİ nominasiyası üzrə qalibi təltif etmişdir.

26.01.2017