AZ | EN | RU

İT şirkətlərin innovativ xidmətlərinin Mərkəzi Asiya ölkələrinə ixracı üçün geniş imkanlar var

Azərbaycanın İT şirkətlərinin innovativ xidmətlərinin Mərkəzi Asiya ölkələrinə ixracı üçün geniş imkanlar var. Bu barədə Düşənbə şəhərində keçirilən biznes forum çərçivəsində Tacikistanın iş adamları ilə “Cybernet” şirkətinin nümayəndələri arasında təşkil olunmuş görüşlər zamanı bildirilmişdir. 
 
Tacikistana investisiya qoyuluşu imkanlarının təqdimatı məqsədi ilə oktyabrın 15-də təşkil olunmuş forumda “Synergy Group”a daxil olan “Cybernet” şirkətinin nümayəndə heyəti də iştirak etmiş, Tacikistanda müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə danışıqlar aparmışdır. 
 
Şirkət təmsilçiləri ikitərəfli görüşlər formatında “Cybernet” barədə təqdimatlarla çıxış etmiş, Tacikistana innovativ xidmətlərin ixracı ilə bağlı maraqlarını diqqətə çatdırmışlar. Görüşlər nəticəsində “Cybernet” mütəxəssiləri Tacikistana yenidən dəvət olunmuş və işgüzar səfərin strategiyası və məqsədləri təsdiqlənmişdir. 
Xatırladaq ki, biznes forumda Tacikistanın dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
 
Arayış:
 
2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İKT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir. 
 
22.10.2014