AZ | EN | RU

"Cybernet" "Bakutel 2013"-də.

"Cybernet" şirkəti 2-5 dekabr tarixlərində keçirilən “Bakutel 2013” də iştirak etmişdir. Azərbaycanda İT konsaltinq, dövlət və korporativ idarəetmə, maliyyə, telekommunikasiya, iri və orta müəssisələrdə qabaqcıl proqram və aparat həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası sahəsində xidmətlər təklif edən "Cybernet" şirkəti ziyarətçilərə bir sıra maraqlı və unikal sistemləri təqdim etmişdir.

İT sahəsində yeni texnologiyaların, yeni kəşflərin istifadəsinə, şirkətlər arasında tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verən sərgi zamanı "Cybernet" stendində Risklərin Analizi və Hesabatı Sistemi, AZDOC – sənəd dövriyyəsi sistemi, Universal Təhsil İdarəetmə Sistemi, Biznes və Sənayeninin Avtomatlaşması üçün bir sıra idarə etmə sistemləri təqdim edilmişdir.

Qeyd edək ki, 2013-cü il Azərbaycanda İKT ili elan olunduğu üçün bu il Bakutel sərgisi xüsusilə əlamətdardır. Ekspozisiya meydançası 35% genişləndirilmiş və bunun 30%-ni yerli təmsilçilərin təşkil etdiyi bu tədbir dünyanın 28 ölkəsindən 300 şirkətini bir araya gətirmişdir.

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətinin uğur göstəricisinə çevrilmişdir. Şirkət 2011-ci ildən “Synergy Group”a daxil olmaqla, informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir.

09.12.2013