AZ | EN | RU

4 iyul 2013 – cü il tarixdə Cybernet şirkətinin nümayəndələri Startup Azərbaycan tərəfindən Marriot Absheron oteldə,“Azərbaycan İnternet Biznes:mövcud vəziyyət və inkişaf prespektivləri ”mövzusunda keçirilən konfransda iştirak etmişlər

4 iyul 2013 – cü il tarixdə Cybernet şirkətinin nümayəndələri Startup Azərbaycan tərəfindən Marriot Absheron oteldə,“Azərbaycan İnternet Biznes:mövcud vəziyyət və inkişaf prespektivləri ”mövzusunda keçirilən konfransda iştirak etmişlər.İclasda Rabitə və İnformasiya Texnaligiyaları Naziri Əli Abbasov çıxış edərək konfrans iştirakçilarını salamlayıb, internet biznesin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən səylər haqda danışıb.Həmçinin Nazir Startup Azərbaycan konkursunun ən yaxşı internet startup proyekti nominasiyası üzrə finalçılarının təltif olunmasında da iştirak etmişdir.
Konfransa dəvət olunanlar içərisində Azərbaycanın qabaqcıl İT kompaniyaları,maliyyə sektorunun nümayəndələri, Dövlət İnkişaf Fondunun nümayəndələri,Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyin,Yüksək Texnalogiyalı Texnoparkın və digər dövlət nümayəndələri iştirak etmişlər.
Tədbir çərçivəsində aşağıdakı mövzular üzrə müzakirələr aparılmışdır:

1. Dövlət və özəl sektor, həm də İnternet layihələrin dəstəklənməsi. Investorların olmaması səbəbləri.
2. Milli ödəniş sistemləri və mobil ödənişlər. Elektron ticarət və "nağdsız cəmiyyət"
3. Azərbaycanda mövcud onlayn startup bazarı,yeni ideyalar yoxsa köhnə,artıq mövcud ideyaların “kopyası”.Startup var pul yoxdur,yoxsa pul var startup yoxdur.

10.07.2013