2013-cü il iyunun 18-də “Hyatt Regency” otelində “Cybernet” şirkətinin rebrendinqinə həsr olunmuş “Cybernet: İnformasiya texnologiyalarında müasir həllər və yeni tendensiyalar” adlı təqdimat mərasimi keçirilib
2013-cü il iyunun 18-də “Hyatt Regency” otelində “Cybernet” şirkətinin rebrendinqinə həsr olunmuş “Cybernet: İnformasiya texnologiyalarında müasir həllər və yeni tendensiyalar” adlı təqdimat mərasimi keçirilib. Tədbirdə İT sahəsində fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının mütəxəssisləri və əməkdaşları, kommersiya müəssisələrinin əməkdaşları, həmçinin şirkətin çoxsaylı müştəri və partnyorları bir araya gəliblər.
Təqdimat mərasimində “Cybernet” şirkətinin fəaliyyətindəki ən müasir istiqamətlərdən, o cümlədən mobil elektron imza sahəsində, dövlət və özəl sektorda İT ehtiyaclarını yüksək texnologiyalarının tətbiqi ilə həll edilməsinə yönəlmiş yeni metodlardan bəhs edilib.
Tədbirdə çıxış edən “Synergy Group”un İdarə Heyətinin Sədri Kamran Abbasov şirkətin əməkdaşlarına gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb: “2013-cü ilin Azərbaycanda İKT ili elan olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Beləki, “CyberNet” bu sahədə“Synergy Group”un uğur hekayəsidir. Məqsədimiz Azərbaycanın hüdudlarından kənarda, digər MDB ölkələri ilə uğurlu təcrübəmizi paylaşmaqdır. İnanıramki, Tacikistanla başlayan bu təşəbbüsümüz tez bir zamanda özbəhrəsini verəcəkdir”.
Təqdimat mərasimində daha sonra çıxış edən şirkətin daimi müştəri və partnyorları, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin, “Oracle”, “Best Solutions” şirkətlərinin nümayəndələri “Cybernet”lə uğurlu əmək daşlıq təcrübəsindən söz açaraq, kollektivə müvəffəqiyyət arzulayıb və gələcəkdə şirkətin öz fəaliyyətini dünya standartlarına uyğun yeni texnologiya və müasir proqramların Azərbaycanda tətbiqi istiqamətindədə uğurla davam edəcəyinə ümid etdiklərini söyləyiblər.