AZ | EN | RU

Azərbaycanda data-mərkəzlərin qurulması üzrə danışıqlar başlayıb

Azərbaycanda iri həcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data-mərkəzlərin) qurulması məqsədilə sentyabr ayı ərzində “Synergy Group”un üzvü olan “Cybernet” şirkətinin təşkilatçılığı ilə bir sıra dövlət qurumları və özəl şirkətlərlə danışıqar aparılmışdır. Bu barədə “Marja”ya qrupdan bildirilib.
 
“Data Center Plan” (DCP) komandasına daxil olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi danışıqlarda məqsəd Azərbaycan üçün yeni olan bu biznesin ölkəmizdə yaradılması və inkişaf etdirilməsidir. Layihə çərçivəsində Azərbaycan, Sloveniya və Çexiyada təşkil olunmuş çoxtərəfli görüşlər nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət qurumları üçün uyğun bir model seçilmiş, biznes plan da hazırlanmışdır. Hazırki mərhələdə layihəyə maraq göstərən dövlət qurumlarının və şirkətlərin işçi qruplarının təcrübə mübadiləsi və mövcud sistemlərlə tanışlığı məqsədilə Sloveniya, Çex Respublikası və Rumıniyaya səfərləri planlaşdırılmışdır”,- qrupdan bildirilib.
 
01.10.2014