Bakıda "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirilib
“Cybernet” şirkəti Almaniyanın “LucaNet” şirkəti ilə birgə sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirmişdir.
“Cybernet” şirkətinin baş direktoru İlham Namazov giriş nitqində bildirmişdir ki, rəhbəri olduğu şirkət Azərbaycanın ən uğurlu investisiya holdinqlərindən olan “Synergy Group”a daxildir. Natiq forumun mövzusunun aktuallığını qeyd etmiş və Azərbaycanda İT bazarının geniş imkanlarını vurğulamış, həmçinin ölkədə qabaqcıl İT məhsullarına yüksək tələbin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Forumda “Cybernet” şirkətinin baş direktorunun müavini Anar Mehdiyev, “LucaNet” şirkətinin mütəxəssisləri Matteus Ebinal və Nazar Farmaqa, “Synergy Group”un maliyyə meneceri Rüfət Cahangirov, “AtaBank”ın Risklərin idarə olunması departamentinin direktoru Elman Sadıqov, risklərin analizi və hesabatlığı sahəsində ekspert İlqar Sarıcanlı çıxış etmişlər.