"Cybernet" şirkəti "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirəcək
Sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum təşkil olunacaqdır.
"Cybernet" şirkətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropanın və dünyanın tanınmış şirkətləri üçün İT sahəsində konsultasiya xidmətlərinin göstərilməsi və İT həllərin tətbiqi üzrə ixtisaslaşmış Almaniyanın “LucaNet” şirkətinin ekspertləri iştirak edəcəklər.
Tədbirdə Azərbaycanın özəl və dövlət sektorunda innovativ informasiya texlogiyalarının tətbiqi ilə tanınmış “Cybernet” şirkətinin və müxtəlif bankların ekspertləri iştirak edəcək, praktik həllər nümayiş olunacaq, təcrübə mübadiləsi və müzakirələr aparılacaqdır.
Daha ətraflı məlumat üçün: http://az.trend.az/capital/business/2311856.html
16.09.2014